Avtomobilin daha az benzin yandırması üçün nə etməli? - Video

saytların hazırlanması

Evə çatdırılma

Avtomobilin daha az benzin yandırması üçün nə etməli? - Video

Avto

27 Dekabr 2019 20:33 1515


Qış aylarında avtomobillərin benzin sərfiyyatı artır. Bəzi avtomobillərdə bu fərq hətta 4-5 litrə qədər yüksəlir. Ustalar da sərfiyyatla bağlı müraciətlərinhəddən artıq artdığını təsdiqləyirlər. Onlar bəzi qaydalara əməl edilərsə, benzinə 20 faizə qədər qənaət etməyin mümkün olduğunu deyirlər.

"Yeni Sabah" "Xəzər xəbər"ə istinadən bildirir ki, havaların soyuması ilə avtomobillərdə benzin sərfiyyatı artır. Sürücülər son günlər benzin sərfiyyatının 20-30 faizə qədər artdığını deyirlər.

Avtomobil ustası Pərviz İsmayılov bildirir ki, əksər sürücülər sərfiyyatın hesablanmasını yanlış aparır. Belə ki ,gündəlik 10 km yol gedən sürücü 10 gün sonra sərfiyyatı hesablayır. Bu isə tamamilə yanlış olmaqla yanaşı, ümumi sərfiyyatın hesablanmasında da çaşqınlıq yaradır. Ustanın sözlərinə görə, hesablama yalnız birdəfəlik sürüşlə müəyyən edilməlidir. Əgər bundan sonra fərq yaranarsa, yalnız bu halda ustaya müraciət etmək lazımdır. Dördpendirli pizza

Ustalar bildirir ki, benzin sərfiyyatı ilə bağlı mütləq şəkildə mövsümi olaraq benzin sistemi yoxlanılmalıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!