Avtomobillərdən oğurluq edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillərdən oğurluq edən şəxs tutuldu

Kriminal

16 Aprel 2026 17:30 513


Bakıda 5 avtomobili talayan şəxs saxlanılıb

Nərimanov rayonunda zərərçəkənlərə məxsus 4 avtomobilə müdaxilə edilərək onlara ziyan vurulub, nəqliyyat vasitələrində olan müxtəlif məbləğlərdə pul vəsaiti, eləcə də mobil telefonlar oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Kərimov müəyyən edilərək saxlanılıb. Toyuqlu pizza

Araşdırmalarla onun analoji cinayəti Nəsimi rayonu, H.Seyidzadə küçəsində də törətdiyi məlum olub. Həmin ünvanda Q.Kərimovun “KIA” markalı avtomobildən oğurladığı mobil telefonu satdığı, pul vəsaitini isə xərclədiyi müəyyən edilib.

Faktlar üzrə araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!