Avtomobillərə aksiz vergisi necə hesablanır?

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillərə aksiz vergisi necə hesablanır?

Avto

31 Mart 2022 07:32 7023


Vergi Məcəlləsinə son dəyişiklikdə istehsal tarixi 10 il olan və benzinlə işləyən avtomobilin idxalı zamanı aksiz məbləğinin hesablanmasında hər hansı yenilik edilibmi? Eyni zamanda, istehsal tarixi 5 il və mühərrikinin həcmi 3500 kubsantimetr olan avtomobilin idxalı zamanı aksiz məbləği necə hesablanır?
 

Dövlət Vergi Xidmətindən “Yeni Sabah”a bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz Vergi Məcəlləsinin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə görə 1, 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

Həmçinin Vergi Məcəlləsinin müvafiq maddəsinə görə, mühərrikinin həcmi 3 min kubsantimetrdən çox olan avtomobillərin istehsal tarixi 3 ildən artıq olarsa, aksiz məbləği 5600 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat olmaqla hesablanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!