Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, 2017-ci ilin yanvarın 19-da Köhnə Kotec qəsəbəsi ərazisindən qəsəbə sakini Z.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş M.Zəkiyev avtomobillə birgə saxlanılıb.Polis əməkdaşları tərəfindən onun digər cinayət əməlinin də üstü açılıb.
M.Zəkiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2015-ci ilin avqust ayında “VAZ-2106” markalı başqa bir avtomobili qaçırdığı, onu hissələrə bölərək satması, habelə 2018-ci ilin iyul ayında digər “VAZ-2107” markalı avtomobili qaçırması və Göyçay rayon sakininə satması müəyyən edilib. pizza
Araşdırma aparılır.
Telegram kanalımız