Avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır - Video

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır - Video

Avto

04 Oktyabr 2022 01:23 3000


Azərbaycanda avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün yeni tətbiq olunmağa başlanacaq sistemlə 5 iş günü müddətində vətəndaş müraciətinə baxılacaq.

Yenisabah.az xəbər verir ki, onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılacaq.

Qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndəriləcək. Dominos pizza

Beləliklə, Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.

Yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq.

Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

Daha ətraflı süjetdə:

/Xəzərxəbər.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!