Avtomobillərin texniki baxışdan keçirilməsi qaydası   DƏYİŞDİRİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillərin texniki baxışdan keçirilməsi qaydası DƏYİŞDİRİLDİ

Avto

12 Noyabr 2022 14:14 9093


Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əlavə edilmiş yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Dördpendirli pizza

Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!