Avtomobillərin texniki baxışı ilə bağlı dəyişikliklər təsdiqləndi:   Fevralın 1-dən...

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillərin texniki baxışı ilə bağlı dəyişikliklər təsdiqləndi: Fevralın 1-dən...

Avto

21 Dekabr 2023 20:36 15371


“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb.

Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Marqarita pizza

Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın birindən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramin
    Bilmirsən güləsən yoxsa ağlayasan
    2 years ago
  • EMİL
    Haramları olsun. Onsuzda soyurlar xalqın cibinin pulun. Ömrünüzdə 1 qərarda cıxarınki xalqın hər birinin xeyrinə olsun.
    2 years ago
  • Səmərqə
    Vallah bu maşınların texniki baxışı ancaq pul yığmaq məqsədi güdür. Heç bir texniki baxışdan söhbet belə gedə bilməz. ???? ???? Ancaq rüşvət mənbəyidir. Özüde necə? Əlaqədar qurumlar görməsə də, Allah bir gün görecek!!! ✊
    2 years ago