Avtomobillərin texniki baxışı ilə bağlı xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillərin texniki baxışı ilə bağlı xəbərdarlıq

Avto

22 Dekabr 2020 09:17 2779


Avtomobilini texniki baxışdan keçirməyənlər cərimə olunacaq. Çünki hazırda qüvvədə olan sərt karantin rejimi qaydaları avtomobillərin texniki baxışdan keçirilməsinə mane deyil. Üstəlik, əgər avtomobil saz vəziyyətdədirsə, texniki baxışdan keçirmək prosesi elə də çox vaxt almır.

Xezerxeber.az-ın məlumatına görə, texniki baxış zamanı hər hansı ləngimə yaranarsa, bununla bağlı yolda karantin qaydasının pozulduğu üçün cərimə tətbiq olunmayacaq. Çünki Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Müayinə Mərkəzi tərəfindən gecikmə yarandığı halda vətəndaşlara sərbəst hərəkət üçün arayış verilir.

Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Müayinə Mərkəzinin müfəttişi Elgiz Teymurov bildirib ki, texniki baxışla bağlı güzəşt edilməyəcək. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək cərimələr tətbiq olunacaq. Dominos pizza

Mərkəzdən verilən məlumata görə, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atanlar var. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar.

Qeyd edək ki, müayinə mərkəzi həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!