Avtomobillərin utilizasiyası prosesi sürətləndiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Avtomobillərin utilizasiyası prosesi sürətləndiriləcək

Avto

30 Yanvar 2025 01:36 1839


İstismar müddəti başa çatmış avtomobillərin utilizasiya prosesi daha da sürətləndiriləcək. Bu işlərin həyata keçirilməsi üçün bu il dövlət büdcəsindən 50 milyon manat ayrılması nəzərdə tutulub.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu məbləğ utilizasiya fonduna əlavə dövlət dəstəyi kimi qiymətləndirilə bilər. Fonda dövlət büdcəsindən başqa, ölkəyə gətirilən köhnə avtomobillərdən tutulan utilizasiya haqları da daxil edilir.

Hazırda Azərbaycanda avtomobillərin utilizasiyasını həyata keçirən yalnız bir qeydiyyatdan keçmiş utilizator mövcuddur. O da Bakıda yerləşir. pizza hut

Ekspert qeyd edib ki, utilizasiyaya verilən avtomobillər yararsız olur. Onların yük avtomobilləri ilə Bakıya gətirilməsi vətəndaşlar üçün əlavə maliyyə xərci yaradır.

E.Cəfərov təklif edir ki, toplanan vəsaitlərdən istifadə edərək, bölgələrdə də utilizasiya məntəqələri və avtoparklar yaradılsın.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür. Utilizasiyaya verilməmişdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!