Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Rövşən Quliyev saxlanılıb. Bu barədə AXCP sədri Əli Kərimli bildirib.
Onun sözlərinə görə, Quliyev fevralın 18-də saxlanılıb. Onun evində axtarış aparılıb, kompüteri müsadirə edilib. Ailə üzvlərinin sözlərinə görə, Rövşən DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılır.
Kərimlinin sözlərinə görə, Quliyev əvvəllər AXCP-nin Rəyasət Heyətinin üzvü idi. Amma beş il əvvəl səhhətində problemlərlə əlaqədar o, siyasi fəaliyyətdən uzaqlaşıb. Kərimli Quliyevin saxlanılmasını siyasi motivli hesab edir. Marqarita pizza
DİN-in mətbuat xidmətindən şərh almaq mümkün olmayıb
Turan
Telegram kanalımız