Cəmi 6 ay sonra Azərbaycanda bələdiyyə seçkiləri olacaq. Amma köhnə bələdiyyə sistemi ilə yeni seçkilərə getmək izafi resurs və zaman itkisidir...
“”Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib.
O, bildirib ki, real islahatlara, dayanıqlı iqtisadi inkişafa marağı olan hökumətin gündəliyinin ən yuxarı hissəsində yerli idarəetmə, ilk növbədə bələdiyyə islahatları da olmalıdır. Marqarita pizza
“Noral düşüncəyə görə hökumət ciddi narahatlıq keçirməliydi ki, artıq 20 yaşı olan Azərbaycan bələdiyyələri indiki səlahiyyətləri, reputasiyası və vətəndaşa xidmət potensialı ilə kimə lazımdır, cəmiyyət onlardan nə fayda götürür?
Bəlkə yaxşı bir təftiş aparaq, onları cəmiyyətin faydalana biləcəyi effektiv bir instituta çevirək. Axı 20 il keçib. Ötən zaman təkcə insanların, bütöv bir nəslin ömründən getmir, ölkənin kisəsindən gedir. Böyür-başımızda, bizimlə eyni siyasi sistemdən çıxmış ölkələr elektromobil istehsal etməyə başlayır, yeni sənaye və texnologiya inqilabının bir parçası olmaq üçün planlar qurur, dünyada internetin inkişafına görə liderə çevrilir, biz hələ də 19-cu əsr tipli yerli idarəçilikdən az da olsa narahatlıq keçirmirik.
Avropanı bir kənara qoyuram, qulağımızın dibində Gürcüstan və Ermənistanda bələdiyyə institutunun gücünə, nüfuzuna baxın”.
R. Ağayev bildirib ki, bələdiyyələr yalnız vətəndaşlara keyfiyyətli yerli xidmət göstərmək üçün lazım deyil: “Bu qurumlar ölkədə demokratiyanın, vətəndaş iştirakçılığının, siyasi partiyaların inkiafı və onlar arasında rəqabətin formalaşması,yeni siyasi liderlərin formalaşması baxımından çox vacib və strateji funksiyalara malikdirilər.
Əksmərkəzləşmə ölkədə iqtisadi resursların ədalətli və balansı bölgüsü, hakimiyyət bölgüsü, ortaq ağlın səmərəli istifadəsi baxımından əvəzsiz mexanizmdir. Uzun illərdir gözləyirəm ki, Azərbaycan hökuməti bir gün "Əksmərkəzləşmə Strategiyası" elan edərək sovetdənqalma yerli və regional idarəçiliyin çərçivələrini kökündən dağıdacaq. Amma bu baş vermədi.
Təəssüf ki, müxalif siyasi institutların da bələdiyyə islahatları ilə bağlı çağrışları, onların əhəmiyyəti barədə maarifləndirici fəaliyyəti çox zəifdir.
Biz bələdiyyələrin "torpaqsatan" imicini dağıtmalıyıq. İnandırmalıyıq ki, sizin indi gördüyünüz bələdiyyə deyil. Gerçək bələdiyyə haqqında onların təsəvvürlərini formalaşdırmalıyıq.
Çox yaxşı bir söz var: yalanın onsuz da kökü olmur, birillk alaq otları qədər ömrü var. Həqiqətin isə yetər ki, toxumlarını beyinlərə səpmək mümkün olsun. Arxası özü gələcək.
Ən maraqlısı odur ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli demokratiyaya dair sosnuncu monitorinqini 7 il əvvəl keçirib. Böyük bir tövsiyyə paketi təqdim edib. O gedən gedib, bir də arxasına baxmayıb, tövsiyyələrinin taleyini soruşmayıb”.
Telegram kanalımız