“Axtar, tap və məhv et” - Türkiyəli generallar danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Axtar, tap və məhv et” - Türkiyəli generallar danışdı

Dünya

15 Yanvar 2024 14:36 517


Türkiyənin Şimali İraqda həyata keçirdiyi əməliyyatın məqsədləri və icra forması uzun müddətdir müzakirə olunmaqdadır. Son hadisələrdən sonra Türkiyə SQ-nin istefada olan generallarının açıqlamaları diqqətləri cəlb etmiş və Türkiyə cəmiyyətində müəyyən fikirlərin formalaşmasına səbəb olmuşdu. 

Yenisabah.az xəbər verir ki, bu yaxınlarda yerli medialardan birinə müsahibə verən general-mayor Osman Pamukoğlu əməliyyatın həyata keçirilməsi formasını tənqid etmiş və qatıldığı verilişdə öz fikirlərini belə ifadə etmişdi:

“Mən sərhəddən xaricdə bazaların yaradılmasının əleyhinəyəm, bizim torpaqla işimiz yoxdur. Biz terrorçunu axtarırıq. Biz oraya girib 3-4 günə məhv edib gedərik. Mən İraqa 21 dəfə girib-çıxmışam. Niyə? Orada qalmağıma ehtiyac yoxdur. Qeyri-ənənəvi müharibədə yalnız bir düstur var: Axtar, tap və məhv et. Ovunun arxasınca gedən qartal kimi, sən bir anda uçub onu ovlayacaqsan, amma orayaa yerləşməyəcəksən”.  pizza mizza

General-leytenant Engin Alan isə şəhid xəbərlərindən sonra əməliyyatı bu cür şərh edib: 

“Mən bölgəni, ərazini bilmədən əlinə çubuq alıb ekranlarda gəzən biri olmaram. Filan qəzetdə, filan TV-də verilişə qatılmaram. Hadisənin baş verdiyi ərazi 4 il XTQ-nin komandiri kimi qərargahımın yerləşdiyi Şimali İraqın İmadiyə bölgəsidir. Mən bölgəni addım-addım tanıyıram

Nə, niyə, necə oldu? Biz yalnız dövlətin bizim məlumatımıza, rəyimizə və düşüncələrimizə ehtiyac duyduğu halda danışırıq. Yoxsa heç yerdə təkəbbür göstərməz, televiziya ekranlarında mühakimə etmərik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!