Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana gətirildi

Kriminal

17 Noyabr 2025 17:09 821


Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.

"Yeni Sabah" xəbər verir ki, Baş Prokurorluğun vəsatəti əsasında Qaradağ rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Əkbər Xəlilov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!