Axtarışda olan 4 nəfər Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Axtarışda olan 4 nəfər Azərbaycana gətirildi

Kriminal

22 Oktyabr 2025 12:11 257


Beynəlxalq axtarışa verilən 4 nəfər Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan vətəndaşları Alıyev Hafiz Salman oğlu, Əliyev Nəriman Elşad oğlu, Nuriyev Kazım Ağaqulu oğlu və Həsənov Emin Vasif oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib. Toyuqlu pizza

Həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Onlar Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!