Ermənistan axtarışa verilən Salman Mukayevi Rusiyaya verməkdən imtina edib.
Yenisabah.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Çeçen Salman Mukayev Çeçenistanda homoseksuallıqda şübhəli bilindiyi üçün işgəncələrə məruz qalıb. Marqarita pizza
İrəvanın İnzibati Məhkəməsi Rusiyadan qaçan Salman Mukayevin iddiasını təmin edib. Məhkəmə onun qaçqın kimi tanınmasına və ona sığınacaq verilməsinə qərar verib.
Məhkəmə həmçinin "LGBT" üzvlərinin Çeçenistanda təhlükəsiz olmadığını və Rusiyada homofob qanunlara görə onların hüquqlarının pozula biləcəyini də tanıyıb.
Telegram kanalımız