“Masallının vəzifəsindən azad edilən icra başçısı Şahin Məmmədovun mətbuata verdiyi açıqlamasını oxudum və bir daha əmin oldum ki, bizim bəzi icra başçıları sadəcə təsadüfi, dövlət və hökumət strukturlarında layiq olmayan adamlardır”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Üzeyir Cəfərov çıxış edib. O, öz fikirlərini belə davam etdirib: “Adını yuxarıda qeyd etdiyim şəxs, "bomba oğlan Şahin" 19 il icra strukturlarında baş girəliyib və özünün necə BİVEC, TƏSADÜFİ, işini bacarmayan adam olmasını açıqlamasında bir daha sübut edib.
Bilmirəm bu adam rəsmən məzuniyyətdədir ya yox, onun o sözü ki, "mən hazırda gözəl yerlərdən birində dincəlirəm" kəlməsi onun necə məsuliyyətsiz və savadsız olmasının bariz nümunəsidir. Ölkə başçısı bunu vəzifədən azad edib, bu yeni icra başçısını qarşılamağa borclu olduğu halda, vəzifəsini ona təhvil verməli olduğu halda, görün necə yaltaq və pərt olmasını izah etməyə uğursuz cəhd edir: Dominos pizza
“Bu gün də cənab prezidentin sadiq əsgəriyəm. Vəzifədə olsam da, olmasam da, bu, belədir. Allah cənab Prezidenti qorusun. Məni 19 il - üç dəfə etimad göstərərək, başqa-başqa rayonların icra başçısı təyin edib. Bu, mənim üçün çox böyük etimaddır. Zəhmətkeş bir ailənin övladı olmuşam. Məmur övladı olmamışam. Buna görə özümü şanslı hiss edirəm”.
Ay yalançı və riyakar sabiq məmur. Adama deyərlər ki, yuxarıda dediyin sözlər nədir və sənin ölkə başçısının yeni təyin etdiyi icra başçısını qarşılamaq və ona rayondakı vəziyyəti ən azından izah etmək və vəzifəni təhvil vermək əvəzinə belə düşük və uğursuz, yaltaqcasına dediyin sözlər necə başa düşülməlidir?!
Mən bu misalı ona görə göstərmək istədim ki, bu gün ölkədə olan əksər harın məmur özbaşınalığına, biganəliyinə görə təkcə bunlar deyil, eləcə də Prezident Adminstrasiyasının məsul rəsmisi Zeynal Nağdəliyev də BİRBAŞA məsuliyyət daşıyır. Bir qədər bundan əvvəl də Tərtərdən yenə vətəndaşın İcra Hakimiyyətinin qarşısında özünə qəsd etməyə cəhd etməsi haqqında məlumat verildi. Müstəqim Məmmədov da çoxdan vəzifəsindən çıxarılmalı məmurlardan biridir. Taleh Qaraşov kimi Lənkəranın üz qarası baş biləni və onlarla digər şəxsləri himayə edən, onların qanunsuzluqlarını ört-basdır edən yetkilinin də adını mən dəfələrlə qeyd etmişəm.
Yeni təyin edilən bəzi cavan məmurlar da təəssüflər olsun ki, həddindən tez özləri haqqında yüksək fikrə və xəyallara qatılırlar. İnsanlarla gecə-gündüz işləmək və onların qayğı və problemləri ilə yaşamaq lazımdır. Görünən isə odur ki, Azərbaycanda xeyli məmur ordusunun vəzifədən tez bir zamanda çıxarılmasına ciddi ehtiyac var”.
Qeyd edək ki, Şahin Məmmədov Prezident İlham Əliyev Sərəncamına əsasən dünən vəzifəsindən azad edilib.
Telegram kanalımız