Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxundu 

saytların hazırlanması

Evə çatdırılma

Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxundu 

Din

22 Avqust 2020 10:28 1114


İstanbulda Aya Sofya məbədində Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna xatir Mövlud-i Şərif oxudulub. 

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, ölümünün 20-ci ildönümündə anılan Ə.Elçibəyin ruhuna dualar edilib, ilahilər səsləndirilib.

Mərasim Elçibəy Vəqfi tərəfindən təşkil olunub. pizza sifarişi

Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.

O, 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Ə.Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!