“Ayağınızın altında ölüm...“ - Ağır duruma düşən xalq artisti kimə yalvardı?

saytların hazırlanması

Evə çatdırılma

“Ayağınızın altında ölüm...“ - Ağır duruma düşən xalq artisti kimə yalvardı?

Mədəniyyət

13 Aprel 2020 19:12 1409


Ağır xəstəlikdən əziyyət çəkən xalq artisti, məşhur aktrisa Lətifə Əliyeva dolanışığının ağır olduğunu deyib.

Yenisabah.az xəbər verir ki, ayaqları tutulan aktrisa göz yaşları içərisində xalqa müraciət də edib:

“Yeriyə bilmirəm, ərzaq aldığım iki mağazaya borcum var, amma düşüb verə bilmirəm. İnsanlara yalvarıram, ayaqlarınızın altında ölüm, oturun evdə, çıxmayın bayıra, xəstələnməyin. Siz yaşamalısız ki, biz də yaşayaq”. Sezar pizza

Telekanallardan incidiyini deyən aktrisa ən böyük arzusunu dilə gətirib:

“Televiziyalardan da incimişəm. Teatrda müqavilə ilə işləyirəm, amma ayaqlarıma görə işə gedə bilmirəm. Əlil arabasında da olsa, filmlərə çəkilmək istəyirəm”.

Xalq artisti bu sözləri ARB-nin “Elgizlə izlə” verilişində deyib.

Qeyd edək ki, əməkdar artist İlkin Əhmədov aktrisanı evində ziyarət edib, ona maddı dəstək olub.  /Yeniscag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!