Ayaz Mütəllibov Rövşən Cavadova dəstək veribmi? –   Keçmiş prezidentdən cavab gəldi 

saytların hazırlanması

Evə çatdırılma

Ayaz Mütəllibov Rövşən Cavadova dəstək veribmi? – Keçmiş prezidentdən cavab gəldi 

Siyasət

07 Sentyabr 2019 11:12 2640


Keçmiş prezident Ayaz Mütəllibov 1995-ci ilin mart qiyamı zamanı OMON-un komandiri Rövşən Cavadova dəstək verməsi barədə o zaman bu hadisələrdə iştirak etmiş Fərman Dəmirkolun dediklərini təkzib edib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Qaynar Qazan” layihəsinin müəllifi Əvəz Zeynallı bildirib.  Jurnalistin sözlərinə görə, Ayaz Mütəllibovun mətbuat xidmətinin rəhbəri Qulu Həsənoğlu zəng edərək keçmiş prezidentin məsələ ilə bağlı fikirlərini ona çatdırıb.

Ayaz Mütəllibov açıqlamasında bəyan edir ki, o, Rövşən Cavadovla sonuncu dəfə 1992-ci ilin may ayının 15-də axşama doğru özünün iş otağında – prezidentin kabinetində görüşüb. Rövşən Cavadov onu  dəstəkləmədiyini, qarşı cəbhəni müdafiə etdiyini bildirb. Hətta Ayaz Mütəllibovu hakimiyyətdən getməsi üçün təhdid edib. pizza

Ayaz Mütəllibov bildirib ki, Rövşən Cavadov o dövrün ən güclü adamlarından biri idi və OMON-un başında dururdu: “Halbuki, Rövşən Cavadovu Tamerlan Qarayevin təqdimatı ilə bu vəzifəyə mən təyin emişdim”– deyə eks-prezident media üçün göndərdiyi açıqlamasında qeyd edib.

“Qaynar Qazan”ın canlı efirində 1995-ci ilin mart qiyamının əsas fiqurlarından sayılan Türkiyə vətəndaşı Fərman Dəmirkolun müsahibəsi gedib. O, mart qiyamı zamanı Ayaz Mütəllibovun Rövşən Cavadova dəstək və çevriliş nəticəsində yaradılması nəzərdə tutulan Dövlət Şurasına üzv olmağa razılıq verdiyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!