Ayaz Mütəllibovdan İlham Əliyevə yubiley təbriki

saytların hazırlanması

Evə çatdırılma

Ayaz Mütəllibovdan İlham Əliyevə yubiley təbriki

Siyasət

24 Dekabr 2021 16:48 747


“Azərbaycan xalqını məğlub xalqlar siyahısından çıxarıb, qalib xalqlar cərgəsinə daxil etdiyiniz üçün Sizə və qəhrəman ordumuza bir daha minnətdarlığımı bildirirəm. Əminəm ki, bir dövlət başçısı kimi əldə etdiyiniz uğurlar daha da artacaq və istər Azərbaycan, istərsə də dünya tarixində öz sözünü demiş siyasətçi kimi hələ daha çox nailiyyətlərə imza atacaqsınız”.

Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov ölkə başçısı İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar təbrikini çatdırarkən qeyd edib.

Eks-prezidentin Ali Baş Komandanı ad günü münasibətilə ürək sözlərini olduğu kimi təqdim edirik: Dominos pizza

“Cənab prezident Sizin apardığınız düşünülmüş təmkinli və qətiyyətli mübarizənizin nəticəsində, heç kimin gözləmədiyi, ümüdlərin kəsildiyi bir vaxtda, Azərbaycan xalqı öz tarixi dədə baba torpaqlarına sahib çıxdı. Şuşa kimi alınmaz bir qala, neçə-neçə müqəddəs məkanlarımız, məscidlərimiz Sizin qətiyyətiniz, hərbçilərimizin qəhrəmanlığı sayəsində düşmən tapdağından azad olundu.

Ali Baş Komandan ad günü və yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, can sağlığı, şərəfli, məsuliyyətli, eyni zamanda mürəkkəb və gərgin işinizdə müvəffəqiyyətlər arzulayıram”, - deyə Ayaz Mütəllibov vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!