Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən şair və yazıçıları təşkilatdan xaric edib.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə AYB Katibliyi qərar verib.
Amma həmin şəxslərin sayı və adları açıqlanmayıb. Dördpendirli pizza
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı “Yeni Sabah”a təsdiqləyib.
“Üzvlük haqqını ödəməyənlər AYB Katibliyinin qərarı ilə təşkilatdan xaric olunub. Lakin onların dəqiq sayı barədə nəsə deyə bilmərəm. Həmin yazıçı və şairlərin siyahısının dövrü mətbuatda dərc olunması haqqında hələlik qərar verilməyib. Bu proses mərhəlli şəkildə davam edəcək”, - o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl AYB 2020-ci ildən bəri üzvlük haqqı ödəməyənlərin təşkilat sıralarından xaric olunacağı barədə xəbərdarlıq etmişdi. Həmin yaradıcı adamlara 2026-ci il fevralın 1-nə qədər möhlət verilmişdi.
Aydan Hacı
Telegram kanalımız