Aybəniz Haşımovanın məzar fobiyası - Foto

saytların hazırlanması

Evə çatdırılma

Aybəniz Haşımovanın məzar fobiyası - Foto

Şou

02 Avqust 2019 15:54 2018


Əməkdar artist Aybəniz Haşımova ölümdən yazaraq izləyicilərini həyəcanlandırıb.

“Yeni Sabah” xəbər verir ki, 50 yaşlı ifaçı “Instagram” hesabında səssiz, sədasız getmək istədiyini, ölümdən qorxmadığını yazıb:

“Əslində, eşidəndə ki, filankəs rəhmətə gedib, çox pis oluram....hətta, bəzi dostlara da, deyirəm ki, artıq heç kimin gedişini mənə deməyin. Hətta, özüm də sakitcə getmək istəyirəm. İstəmirəm gedişimdən xəbər tutasınız. İstəmirəm məni sevənlər üzülsünlər..." pizza sifarişi

Tamaşaçılarım məni doğmalarımdan da artıq istəyirlər.  Bilirəm ki, onlar mənim gedişimə çox məyus olarlar. Ölümdən isə qətiyyən qorxmuram, bircə diksindiyim o məzara qoyulmaqdı. Heç ordan xoşum gəlmir, yaman darısqaldı. Mənim kimi bir cahana sığmayanın orada bağrı çartlayar. Nə isə, həyatı sevin, insanları sevin, xəyanət etməyin, vəfasız olmayın, nankorluq etməyin”.

Paylaşım izləyiciləri tərəfindən xoş qarşılanmayıb,  onlar belə şeyləri düşünmək üçün erkən olduğunu bildiriblər.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!