Meyxana ustadı Mahir Cürətin səhhəti getdikcə pisləşir.
“Yeni Sabah” söz ustası ilə əlaqə saxlayaraq onun vəziyyəti ilə maraqlanıb. Meyxanaçı bildirib ki, vaxtında müalicə almasa vəziyyəti getdikcə pisləşəcək:
“Aydının ölüm xəbəri məni yıxdı. Onun ölümündən sonra yatağa düşdüm. Üç gün dispanserdə müalicə aldım. Lakin orada qala bilmədim. İndi evə gəlmişəm”.
Meyxana ustadı “Sənət yoldaşlarınız sizinlə maraqlanırmı?” sualını belə cavablandırıb:
“Məni ən çox məyus edən də budur. Heç bir sənət dostum mənimlə maraqlanmır, məni onların biganəliyi daha da pis edir. Gözləyirlər ki, Aydın kimi mən də ölüm sonra maraqlansınlar”.
Əcəmi Əsədulla
Telegram kanalımız