“Aydınçik, bir də mənim yanıma gəlmə…”

saytların hazırlanması

Evə çatdırılma

“Aydınçik, bir də mənim yanıma gəlmə…”

Din

16 Oktyabr 2019 18:57 4410


“Bu yaxınlarda  Abbas Abbasovun  bir fikrini paylaşmışdılar. Deyir ki, “vəzifədə olanda Şeyxlə dost idim. Vəzifədən gedəndən sonra bəzi məsələlər oldu. Oğlum Aydın Abbasov Şeyxin yanına gedəndə ona deyib ki, “Aydınçik, bir də mənim yanıma gəlmə. Belə hadisə olubmu?”. 

“Yeni Sabah” xəbər verir ki, bu sualı Modern.az-ın əməkdaşı Milli Məclisin 75 saylı Lənkəran - Masallı seçki dairəsindən deputatı Cavanşir Paşazadəyə verib. 

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin qardaşı bunları deyib: “Mətbuatda bu məsələnin hansı formada yazılmasını, Abbas Abbasovun o fikirləri dediyini bilmirəm. Ancaq Şeyxlə dost olmasına gəlincə, Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı, onun düz yolda olmadığını Şeyx telefonda ona deyib. Şeyxin etirazından sonra Abbas Abbasov yenə də Rusiyada iclaslar keçirdi. Təbii ki, Şeyx də dövlətçilik naminə bu məsələdə geri çəkildi. Qaldı ki, Aydının Şeyxin yanına gəlməsinə. Əvvəla, Aydın Şeyxin yaşıdı deyil ki, gəlib onun yanında otursun və Şeyx də desin ki “yanıma gəlmə”. Bu doğru deyil”. Pepperoni pizza

Qeyd edək ki, Abbas Abbasovun oğlu, 2015-ci il parlament seçkilərində iştirakdan imtina edən sabiq deputat Aydın Abbasov bu günlərdə yenidən medianın diqqətindədir. O, bir neçə gün əvvəl məşhur kriminal avtoritetlə görüntülənib. Şəkildə də göründüyü kimi,  Aydın Abbasov Türkiyənin “Rəis” ləqəbli kriminal avtoriteti Sedat Pekerlə bir yerdədir. Onların yaxın dost olduğu da deyilir. Onlar biznes və digər məsələlərlə bağlı mütamadi olaraq bir araya gəlirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!