“Ayətullah deyir, cəhənnəmə gedənlərin hamısı türklər olacaq...“

saytların hazırlanması

Evə çatdırılma

“Ayətullah deyir, cəhənnəmə gedənlərin hamısı türklər olacaq...“

Siyasət

06 Sentyabr 2022 12:14 1403


Rusiya ilə İran Azərbaycanla bağlı eyni siyasət aparır. Rusiya Qafqazda aktivləşəndə İran da aktivləşir. Ukrayna müharibəsinin gedişatında İran Zəngəzur dəhlizinin əleyhinə bir mövqe orta qoydu, sonra ondan imtina elədi.

Bu fikirləri hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə,Rusiya ilə İran Cənubi Qafqazda Azərbaycanı sıxışdırmaq üçün Türkiyəni burdan sıxışdırıb çıxarmaqda eyni cəbhədən çıxş edirlər:

"Heç təsadüfi deyil ki, Ayətullah Tehrani deyir, cəhənnəmə gedənlərin hamısı türklər olacaq, cəhənnəmdə danışıq dili türk dili olacaq. Kim cənnətə gedəcəksə dönüb ərəb-fars olacaq, ərəblərdən farslardan kim cəhənnəmə gedəcəksə dönüb türk olacaq. Yəni bu dərəcədə antitürk siyasəti aparılır. Və Azərbaycanın da bir türk dövləti kimi güclənməsində, Türkiyənin də Qafqazda ciddi bir təsir dairəsi yaratmasında İran maraqlı deyil. Çünki Türkiyə bir supergücə çevriləcəyi təqdirdə İran artıq klassik araqarışdırma rolunu oynaya bilməyəcək. İslam dünyasını parçalamaq rolunu oynaya bilməyəcək, bu bölgədə başqa xalqların, dövlətlərin əlində alət ola bilməyəcək". Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!