Ayətullah Sistani orucluqla bağlı fətva verdi

saytların hazırlanması

Evə çatdırılma

Ayətullah Sistani orucluqla bağlı fətva verdi

Din

04 Aprel 2021 17:24 3003


Ayətullah Sistani Ramazan ayının başlanğıcı ilə bağlı fətva verib.

Yenisabah.az “Entexab”-a istinadla xəbər verir ki, fətvaya əsasən, aprelin 14-ü Ramazanın ilk günü elan edilib.

Ayətullah Sistaninin ofisi orucluq ayının bu il 30 gün olacağını açıqlayıb. Dördpendirli pizza

Qafqaz Müsəlmanları İdarəsinin təqvimində isə aprelin 13-ü Ramazan ayının başlanğıcı kimi qeyd olunub.

QMİ-nin fətvasında qeyd olunub ki, bu barədə məlumat Azərbaycan Astrofizika Rəsədxanasından verilib. Həmçinin, bildirilib ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, əksər ölkələrdə isə aprelin 13-də başlayacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Fitr bayramı ilə əlaqədar mayın 13-14-ü ölkədə qeyri-iş günləridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!