Aygün Səmədzadədən yeni layihə:  “Azərbaycan 100 mahnıda”

saytların hazırlanması

Evə çatdırılma

Aygün Səmədzadədən yeni layihə: “Azərbaycan 100 mahnıda”

Mədəniyyət

26 Sentyabr 2019 13:30 1114


Sabah Azərbaycan Milli İncəsənət Muzeyində Bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin  təqdimatı keçiriləcək.

"Yeni Sabah"a daxil olan məlumata görə, layihənin rəhbəri və ideya müəllifi  Xalq artisti, bəstəkar Aygün Səmədzadədir.

“Azərbaycan 100 mahnıda” klaviri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Klavirdə Azərbaycan bəstəkarlarının 100 il ərzində bəstələdiyi 100 mahnını cəmləşdirən "Azərbaycan 100 mahnıda" kitabı təqdim edilib. Toplu dahi Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə Dövlət Himni ilə açılır və 100 il ərzində yazılan, tanınan və sevilən mahnılardan bir çoxunu əhatə edir. Burada Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Elza İbrahimova, Ramiz Mirişli, Ələkbər Tağıyev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Oqtay Rəcəbov, Müslüm Maqomayev, Aygün Səmədzadə, Cavanşir Quliyev kimi bəstəkarların mahnıları öz əksini tapır. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!