Ayı qış yuxusundan belə oyandı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ayı qış yuxusundan belə oyandı - VİDEO

Maraqlı

16 Mart 2026 11:05 705


Estoniyada meşədə itkin düşən şəxsin axtarışı zamanı maraqlı anlar yaşanıb.

“Yeni Sabah” BBC-yə istinadən xəbər verir ki, könüllü axtarış-xilasetmə qrupu olan MTÜ L.E.I.A komandası bölgədə dron vasitəsilə axtarış apararkən gözlənilməz görüntü qeydə alıb.

Dronun kamerasına qış yuxusundan oyanan ayının görüntüləri düşüb. Meşədəki sığınacağından çıxan ayı bir müddət ətrafı müşahidə etdikdən sonra meşənin dərinliklərinə doğru hərəkət edib. pizza mizza

Axtarış qrupu əvvəlcə görüntüdə hərəkət edən canlını itkin düşən şəxsə bənzətsə də, yaxınlaşdırma etdikdən sonra bunun qış yuxusundan yeni oyanmış ayı olduğu aydınlaşıb. Hadisə həm axtarış qrupunu, həm də sosial şəbəkə istifadəçilərini təəccübləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!