"Moskva avqustun sonuna kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müxtəlif istiqamətləri üzrə yüksək səviyyəli üçtərəfli təmaslar təşkil etməyi planlaşdırır".
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.
O, Azərbaycan və Ermənistan iderlərinin Rusiya da mümkün görüşü ilə bağlı sualı cavablandırarkən bildirib: Toyuqlu pizza
“Rusiya prezidentinin iştirakı ilə ən yüksək səviyyədə hər hansı təmaslar prezident administrasiyası tərəfindən şərh edilir. Eyni zamanda, biz üçtərəfli əlaqələri yüksək səviyyədə təşkil etməyi planlaşdırırıq... Sonrakı mərhələdə daha konkret məlumat verəcəyik”, - deyə Neçayev vurğuilayıb.
Telegram kanalımız