Aylar sonra Azərbaycanda koronavirusla bağlı sevindirici statistika   - Yoluxma kəskin azaldı

saytların hazırlanması

Evə çatdırılma

Aylar sonra Azərbaycanda koronavirusla bağlı sevindirici statistika - Yoluxma kəskin azaldı

Sağlamlıq

24 May 2021 19:18 1666


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 132 nəfər müalicə olunaraq sağalıb, 4 867 nəfər vəfat edib. pizza mizza

Aktiv xəstə sayı isə 6 611 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 546, bu günə qədər isə ümumilikdə 3 458 790 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!