“Aylarla ət görmürük...” - 11 uşaq atasından ürəkdağlayan sözlər - Video

saytların hazırlanması

Evə çatdırılma

“Aylarla ət görmürük...” - 11 uşaq atasından ürəkdağlayan sözlər - Video

Sosial

21 Fevral 2019 03:54 1756


Bərdə rayonunun Qarağacı kəndində yaşayan 11 uşaqlı Həsənovlar ailəsi uzun illərdir yoxsulluqdan qurtarmaq istəyir, amma hələ bir yana çıxa bilmir.

Əslən Kəlbəcərdən olan Şəmil Həsənov 1986-cı ildən bu kənddə yaşayıb özünə ev-eşik, gün-güzəran yaratmaq istəyib.

O, qoyunçuluqla məşğul olmaq üçün Özünüməşğulluq Dövlət Proqramı əsasında təlim keçib. Dördpendirli pizza

Hazırladığı biznes-plan bəyənilib, amma hələ də ona vəd edilən dəstəyi ala bilmir. Ailə sosial yardım almaqda da çətinlik çəkir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyiblər ki, Şəmil Həsənova hazırladığı biznes-plana uyğun qoyunçuluq təsərrüfatını yaratması üçün qoyun veriləcək.

Ailənin sosial yardım ala bilməməklə bağlı şikayətlərilə bağlı isə nazirlik deyir ki, şikayət araşdırılıb.

Nazirlik deyir ki, Şəmil Həsənovun şikayəti hazırkı dövrə deyil, 2016-cı ilin sonlarına aiddir.

Vətəndaşın iddia etdiyi rüşvət tələb edən şəxs nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayonu şöbəsində son illərdə işləməyib, ƏƏSMN-in məlumatında deyilir.

BBC Azərbaycancaya


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!