“Azad edilmiş ərazilərdə 7 yeni şəhər salınmalıdır” - Hikmət Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Azad edilmiş ərazilərdə 7 yeni şəhər salınmalıdır” - Hikmət Hacıyev

Siyasət

01 Fevral 2022 22:52 1071


“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hər şey tamamilə dağıdılıb. Burada yeddi yeni şəhər salınmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti üçün prioritet ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasıdır. Sezar pizza

“Biz, ABŞ şirkətlərini sərmayə qoymağa və bu prosesdə iştirak etməyə təşviq edirik", - Prezidentin köməkçisi vurğulayıb.

H.Hacıyev qeyd edib ki, ölkə qarşısında hər şeyi sözün əsl mənasında sıfırdan qurmaq kimi çətin vəzifə dayanır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!