“Hamıdan, hər kəsdən razıyam, narazılığım yoxdur. Cəzamızı çəkdik, gəldik. 10 gün nədir ki? Camaat illərlə həbsdə qalır”.
“Yeni Sabah”ın məlumatına görə, bunu dünən azadlığa çıxan idmançı Kamil Zeynallı deyib. O həmçinin dövlətdən razı olduğunu da bildirib.
“Allah içəridə olan hər kəsin qapısını açsın. İnsan hara gedir getsin, həmin yerdə özünü necə aparırsa, onunla o cür də rəftar edirlər”- deyə K.Zeynallı vurğulayıb. pizza mizza
Qeyd edək ki, Kamil Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinmişdi. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinı inzibati həbslə cəzalandırılmışdı.
Telegram kanalımız