AZAL Bakı-Kazan reysi üzrə bütün uçuşları dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

AZAL Bakı-Kazan reysi üzrə bütün uçuşları dayandırdı

Turizm

08 Yanvar 2025 20:32 7817


Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Yenisabah.az xəbər verir ki, bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. Dördpendirli pizza

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!