AZAL Bakıdan Astanaya uçuşlara başlayır

AZAL Bakıdan Astanaya uçuşlara başlayır

Turizm Veb saytların hazırlanması

13 Yanvar 2023 18:10 26621


“Azərbaycan Hava Yolları” QSC (AZAL) martda Bakıdan Qazaxıstanın paytaxtı Astanaya uçuşlar yerinə yetirməyə başlayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, aviareyslər martın 16-dan etibarən həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astanaya uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə uçuşlar çərşənbə axşamı və cümə günləri baş tutacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan.

Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.

Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL-ın tərkibinə daxil olan “Buta Airways” şirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!