YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
AZAL Bakıdan Sankt-Peterburqa uçuşlara başlayacaq

AZAL Bakıdan Sankt-Peterburqa uçuşlara başlayacaq

Turizm

31 Yanvar 2022 21:24 9367


Azərbaycan Hava Yolları QSC (AZAL) bu ilin mart ayından Bakıdan Rusiyanın Sankt-Peterburq şəhərinə uçuşları bərpa edəcək.

Bu barədə Yenisabah.az-a AZAL-dan bildirilib.

Məlumata görə, aviareyslər martın 17-dən həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Rusiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur:.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür:

PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!