AZAL biletlərin qiymətinə eniş etdi – 39 avrodan...

saytların hazırlanması

Evə çatdırılma

AZAL biletlərin qiymətinə eniş etdi – 39 avrodan...

Turizm

24 Noyabr 2023 08:41 32350


Səyahətləri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb. 

Şirkətdən “Yeni Sabah”a daxil olan xəbərə görə, biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.

AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Tətbiqi yükləmək üçün https://bit.ly/azal-app linkinə keçid etmək kifayətdir. Sezar pizza

Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir. Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Dagistan
    Azal təmiz zayin çıxardıb tek mən demirəm bütün sərnişinlər narazıdır qiymətde baha..
    2 years ago
  • Dagistan
    Azal təmiz zayin çıxardıb tek mən demirəm bütün sərnişinlər narazıdır qiymətde baha..
    2 years ago
  • Gürsel yüksel
    Bakü
    2 years ago
  • Elnur
    +
    2 years ago