AZAL bu reysləri ləğv etdi - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

AZAL bu reysləri ləğv etdi - SİYAHI

Turizm

14 İyun 2025 15:37 5749


Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Ləğv edilən reyslər bunlardır: Marqarita pizza

14 iyun 2025-ci il:

• Bakı - Təl-Əviv - Bakı (J2 331/332)

• Bakı - Nyu-Dehli - Bakı (J2 057/058)

• Bakı - İslamabad - Bakı (J2 143/144)

• Bakı - Ər-Riyad - Bakı (J2 8203/8204)

• Bakı - Tehran - Bakı (J2 8017/8018)⁠

15 iyun 2025-ci il:

• Bakı - Təl-Əviv - Bakı (J2 021/022 və J2 321/322)

16 iyun 2025-ci il:

• Bakı - Təl-Əviv - Bakı (J2 021/022 və J2 321/322)

• Bakı - Tehran - Bakı (J2 8017/8018)

Qeyd edək ki, Bakı - Təbriz - Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!