Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün Azərbaycan Hava Yollarının (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.
Şirkətdən “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. Dördpendirli pizza
Telegram kanalımız