AZAL Londonun daha bir hava limanına uçuşlara başlayır

saytların hazırlanması

Evə çatdırılma

AZAL Londonun daha bir hava limanına uçuşlara başlayır

Turizm

01 Yanvar 2024 17:28 36451


Bu il martın 31-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Böyük Britaniyanın London şəhərində yerləşən Qatvik hava limanına uçuşlara başlayır.

Yenisabah.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, AZAL Qatvik hava limanına uçuşları həftədə üç dəfə (bazar, çərşənbə və cümə günləri) həyata keçirəcək. Dominos pizza

Qeyd edək ki, bir sıra aviaşirkətlər hava limanı rüsumlarının az olması və London şəhərinin digər hava limanı Hitrouda doluluq səbəbindən Qatvik aeroportuna yönəlirlər.

Londonun Hitrou Beynəlxalq Hava Limanına reyslər üçsinifli - ekonom, komfort-klub və VIP-klub - salonlarla təchiz edilmiş müasir “Boeing-787 Dreamliner” təyyarəsi ilə həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan Hitrou limanına uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə - həyata keçirilir.

Xatırladaq ki, ən son AZAL Doha və Pekin şəhərlərinə yeni reyslərlə şəbəkəsini genişləndirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!