AZAL Tehran reysini ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

AZAL Tehran reysini ləğv etdi

İqtisadiyyat

09 Yanvar 2026 15:22 1203


Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi uçuş təhlükəsizliyi məqsədi ilə ləğv edib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirilib ki, bu marşrut üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq.

 "AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Bildirək ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər", - məlumatda bildirilib. pizza

Xatırladaq ki, Bakı-Teran-Bakı reysi gündəlik, Bakı-Təbriz-Bakı reysi isə bu ildən həftədə 4 dəfə həyata keçirilir.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!