AZAL təyyarəsinin qəzası ilə bağlı məktub   ÜZƏ ÇIXDI - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

AZAL təyyarəsinin qəzası ilə bağlı məktub ÜZƏ ÇIXDI - FOTOLAR

Siyasət

06 Yanvar 2026 19:25 4109


"2025-ci ilin dekabrında Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib".

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə anonim istifadəçi tərəfindən "BT News" "Telegram" kanalına göndərilən sənəddə bildirilir.

Sənədin əslində Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktub olduğu iddia edilir. Pepperoni pizza

Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür və məntiqi bir sual doğurur: Rusiya İstintaq Komitəsi, əslində, günahı "hava şəraitinin" üzərinə yıxırsa, o zaman hansı əsasla cinayət işinə xitam verir? Niyə görə onlarla insanın ölümünə görə məsuliyyət daşıyanlar cəzasız qalmalıdır? Axı faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir.

AZAL təyyarəsi "Pantsir-S1" hava hücumundan müdafiə raketi ilə vurulub və sonradan Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Bu sənədin məzmunu Vladimir Putinin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində qəzaya uğradığını etiraf etmiş və "bu cür vəziyyətlərdə nə lazımdırsa, onu etməyə" hazır olduğunu bildirmişdi.

Lakin "nə lazımdırsa", ilk növbədə, günahkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi deməkdir. Cinayət işinə xitam verilməsi isə açıq şəkildə bu yanaşmaya uyğun gəlmir.

Qeyd edək ki, bu sənədin həqiqi olub-olmaması müəyyən edilməyib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!