AZAL yeni uçuşlarla bağlı təqdimat keçirdi

saytların hazırlanması

Evə çatdırılma

AZAL yeni uçuşlarla bağlı təqdimat keçirdi

Avto

15 Aprel 2019 15:45 1161


Azərbaycan Milli aviadaşıyıcısı Ər-Riyadda “Azərbaycan Hava Yolları”nın Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə yeni istiqamətlərinin təqdim olunduğu “Azərbaycan şahinin gözü ilə” adlı təqdimat keçirib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin hökumət, diplomatik korpus, kütləvi informasiya vasitələri nümayəndələri və digərləri iştirak ediblər.

Azərbaycanda istirahət və asudə vaxtın təşkili, o cümlədən çimərlik, xizək, tibbi və tarixi turizm üzrə müasir turizm imkanları geniş auditoriyaya təqdim olunub. pizza

Tədbirdə “Azərbaycan şahinin gözü ilə” təqdimat videoçarxı nümayiş etdirilib. Videoçarxı aşağıdakı link vasitəsilə izləmək mümkündür.

https://youtu.be/sSbPtfSrC58  

Qeyd edək ki, AZAL ərəb ölkələrinə çox sayda yeni müntəzəm və çarter reysləri açır. Reyslərdən altısı Səudiyyə Ərəbistanına - Ər-Riyad, Dammam, Ciddə, Mədinə, Burayda (Əl-Qassim) və Əl-Xufuf şəhərlərinədir.

Səudiyyə Ərəbistanına reyslər müasir Airbus A319/320 və E190 təyyarələri ilə aşağıdakı qrafikə əsasən yerinə yetiriləcək:

-Bakı-Ciddə-Bakı - bazar ertəsi günləri (aprelin 8-dən etibarən);

-Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);

-Bakı-Dammam-Bakı – cümə günləri (iyunun 7-dən etibarən);

-Bakı-Ər-Riyad-Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);

-Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);

-Bakı-Burayda (Əl-Qassim)-Bakı - cədvəl dəqiqləşdirilir.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!