"Mətbuatda Yeni Azərbaycan Partiyasının qərargahında Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşlə bağlı məlumatlar verildi. Yəqin ki, bundan sonra bəziləri əks-təbliağata başlayacaqlar. Buna hazır olmaq lazımdır".
Bunu hakim Yeni Azərbaycan Partiyasının qərargahında Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşdə Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bəzi Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrini tənqid edib: "Bu görüşdə özünüz də gördünüz ki, sizə nəyisə sırımaq, təlimat vermək halları olmadı. Görüşdə gəlinən nəticə odur ki, təlimlərə ehtiyac var. Biz bir çox texnoloji məsələlərdən tam istifadə edə bilmirik, bəzi qlobal şirkətlərin imkanlarından faydalanmırıq, bəzi hallarda isə pərakəndə fəaliyyət göstəririk. Bəzən sosial şəbəkələrdə yazdığınız şərhlərə baxıram, gülməyim gəlir. Bəzi şeyləri açıqlamaq istəmirəm, siz şərhləri candərdi yazmayın, ağıllı, məntiqli yazın, qarşınızdakının kim olduğunu bilin. Ən vacib məsələ isə pozitiv materialların paylaşılmasıdır". Pepperoni pizza
Report
Telegram kanalımız