"Facebook"da rusdilli uşaqların içkiyə meyilli olduğunu və əyləncə məkanlarına da məhz onların daha çox getdiyini yazmaqla rusdilli ictimaiyyəti qəzəbləndirən jurnalist Azər Həsrət üzr istəyib.
"Yeni Sabah" xəbər verir ki, A.Həsrətin bu yanaşmasına ciddi etiraz edən 1News.az saytının baş redaktoru Rəhman Hacı onu İTV-nin “Diqqət mərkəzi”ndə proqramında debata çağırıb. Debat zamanı R.Hacı opponentindən rusdillələrdən üzr istəməyi tələb edib.
Azər Həsrət statusunda rusdilliləri pozğun adlandırmaq niyyətinin olmadığını, lakin statusunu belə qəbul edən hər kəsdən, eləcə də Rəhman Hacıdan üzr istəyib. O, fikirlərinin ətraflı ifadə etmədiyi səbəbindən düzgün anlaşılmadığını bildirib: pizza hut
"Mən statusumu redaktə etmək istədim, lakin bir anda kopyalanıb paylaşıldı. Bundan sonra redaktə etmək mənasız idi. Bir daha təkrar edirəm, mən rusdillilərə pozğun deməmişəm və heç vaxt bunu etmərəm".
Telegram kanalımız