Azər Zahid həbsdən azad olunduqdan sonra sosial şəbəkədə yenidən aktivləşib.
“Yeni Sabah” xəbər verir ki, o, "TikTok" platformasında 1 illik boşluğu doldurmağa başlayıb.
Azər Zahid yayımladığı videoda birbaşa izləyicilərinə müraciət edərək həyatında yeni bir mərhələyə başlamaq qərarı verdiyini deyib: Toyuqlu pizza
“Bu gündən etibarən sizə ən maraqlı olanları təqdim edəcəyəm. Sizə canlı yayımlarımda maraqlandıran və qazandıran format təqdim edəcəm! Sizin mənə dəstəyiniz yazdığınız şərh və bəyənmələr olacaq! Öncədən çox sağ olun!”
A.Zahid ona şərh yazan izləyicilərinə də biganə qalmayıb və onların suallarını cavablandırıb:
- Ay Zahid, səni yenə tutacaqlar? Allah köməyin olsun.
- Yox, əziz dost.
- Sizdən yeni layihələr gözləyirik.
- Baş üstə!
- “TikTok” dünyasında ilk layihəni təqdim edən sənsən. Bunu inkar edən insanlar ya “TikTok”u izləmir, ya da bu sahədən anlayışı yoxdur.
- Can! İndi bundan da yaxşı olacaq.
- Azər, “TikTok” artıq bir il əvvəlki kimi deyil. Xeyirli olsun, uğurlar! Sən olan yerdə rəqabət olur.
- Çox sağ ol. indi dəyərləndirirlər! Bəlkə yenidən nəfəs verdim bura
- Sizin üçün dua edirdim.
- Can! Həyat karmadır. Nə yaxşılıq arzulamısınızsa, o da sizə qayıdacaq! Yəni yaxşı olacaq.
- Buradakıların çoxu sən “içəridə” olanda sevinirdilər. Ona görə bizə yox, özünə zaman ayır.
- Hər şeydən xəbərim var. Allah sizi qorusun!
Xatırladaq ki, Azər Zahid sosial şəbəkədə əxlaqsızlığı təbliğ etməkdə ittiham olunurdu. Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülmüşdü.
Ötən ilin dekabrında “TikTok” əməliyyatı ilə bağlı 15-dən çox saxlanılan var idi. Onların bir çoxu narkotik ittihamı ilə həbs edilmişdi. Son bir neçə ayda onların əksəriyyəti ev dustaqlığına buraxılıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız