“Azəravtoyol”un yerləşdiyi qəsəbədə yollar bərbad vəziyyətdədir   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Azəravtoyol”un yerləşdiyi qəsəbədə yollar bərbad vəziyyətdədir - Video

Xalqın səsi

28 İyul 2020 16:34 2363


Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində yollar bərbad vəziyyətdədir. Belə ki, ərazidə yağış sularının axıdılması üçün xətlər olmadığından yağış yağan zaman asfalt yolu su basır və vətəndaşların hərəkəti mümkünsüz olur. 

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı saytımıza həmin ərazidə yerləşən 102, 104, 106, 108 saylı binaların, o cümlədən üzbəüzdə yerləşən həyət evlərinin sakinləri müraciət edib. Sakinlərin sözlərinə görə, 5 ay əvvəl sözügedən əraziyə asfalt yonanlar gəlib və yolu yararsız hala salıblar. 

Bildirilib ki, Prezidet İlham Əliyev yol üçün 8 milyon pul ayırıb və Biləcəridə məhəllə arası yolları asfaltlanır: pizza mizza

“Küçənin əhalisi etiraz etdi ki, əvvəl yağış suyunun axıdılması üçün xətt çəkilsin, ondan sonra bu prosesə başlasınlar. Etirazımızdan sonra Binəqədi İcra Hakimiyyəti, bələdiyyə və “Azəravtoyol”un nümayəndələri gəldilər və söz verdilər ki, problem yaşanmayacaq, sonra isə çıxıb getdilər. Artıq 5 aydır ki, heç bir düzəliş edilməyib, pandemiya vaxtıdır, yayın istisində əhali toz udur, 2 aydan sonra payız gəlir, əgər yağış suyunu axıtmaq üçün xətt çəkilməsə, sudan keçmək olmayacaq. “Azəravtoyol” da bu qəssəbədə yerləşir, lakin heç bir tədbir görülmür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!