Azərbaycanda ağır qəza – Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır qəza – Ölən və yaralananlar var

Kriminal

29 Sentyabr 2019 10:32 1129


Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dələli kəndində qeydə alınıb. Minik avtomobilinin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 4 nəfər yaralanıb.

Nəticədə Masallı rayon sakinləri, sürücü 1955-ci il təvəllüdlü Şikar Əli oğlu Dadaşov və sərnişinlər - 1961-ci il təvəllüdlü Xatirə Əyyub qızı Dadaşova, 1984-cü il təvəllüdlü Xəyalə Şikar qızı Dadaşova və 2006-ci il təvəllüdlü Elmin Emin oğlu Əlibəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Toyuqlu pizza

Avtomobildəki sərnişinlərdən 1980-ci il təvəllüdlü Emin İntiqam oğlu Əlibəyli isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!