Azərbaycan 2 dələduzu Özbəkistana təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan 2 dələduzu Özbəkistana təhvil verdi

Kriminal

15 May 2024 12:02 601


Azərbaycan dələduzluqda təqsirləndirilən 2 nəfəri Özbəkistana ekstradisiya edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

1992-ci il təvəllüdlü Ukrayna vətəndaşı Kaldarar Arsen Vasilyeviçin və 1980-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Kayumov Abduraxmon Abduvaliyeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. pizza mizza

Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş A.V.Kaldarar və A.A.Kayumov 2024-cü ilin fevral ayında ölkəmizdə müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!