“Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaqdan uzaqdır”
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri MDB-nin baş katibi Sergey Lebedev deyib.
O bildirib: “Bu gün MDB Avrasiya İttifaqı ilə çox sıx əməkdaşlıq edir. Siz gördünüz ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə Avrasiya Ali İqtisadi Şurasının sessiyasında iştirak etdi və jurnalistlərə dedi ki, onlar ittifaqla daha fəal əməkdaşlıq üçün əlaqələri aktivləşdirməyə hazırdır. Pepperoni pizza
Təbii ki, Azərbaycan hələ də ittifaqa daxil olmaqdan uzaqdır, lakin Azərbaycanın MDB ölkələrinin vəziyyətin mürəkkəbliyini dərk edərək, qarşılıqlı ticarəti aktivləşdirmək üçün bütün mümkün addımları atması vacibdir”.
Telegram kanalımız